Sen 20, 2021 13:22 Asia/Baku
  • İngiltərə və Fransa müdafiə nazirlərinin görüşü ləğv edildi

İngiltərə və Fransa müdafiə nazirlərinin görüşü məlum mübahisə səbəbindən ləğv edilib.

SəhərAzəri-nin məlumatına əsasən, Britaniya və Fransanın hərbi qurumlarının rəhbərləri arasında bu həftə baş tutmalı olan görüş Avstraliyanın ABŞ və İngiltərə ilə sualtı gəmilərin alınmasına dair birgə layihəsinə əsasən Fransa ilə eyni məzmunlu müqavilədən imtina etməsi qərarından qaynaqlanan ölkələr arasında yaranmış mübahisə səbəbiylə ləğv edilib.

İngiltərənin müdafiə naziri Ben Uolles Londonda fransalı həmkarı Florans Parli ilə danışıqlar aparmalı idi. 

Xatırladaq ki, Avstraliya, İngiltərə və ABŞ 16 sentyabrda yeni AUKUS təhlükəsizlik əməkdaşlığının yarasılmasını elan ediblər. Müqavilənin bir hissəsi olaraq, Avstraliya 2036-cı ildə xidmətə buraxılacaq ən azı 8 nüvə sualtı gəmisinin hazırlanması üçün amerikan texnologiyasından istifadə etməyi və silahlı qüvvələrini ABŞ qanadlı raketləri ilə yenidən təchiz etməyi planlaşdırır. Bu səbəbdən Kanberra Fransa ilə tarixində ən böyük müdafiə müqaviləsini ləğv edib və bu qərar fransızlar tərəfindən artıq "kürəkdən bıçaqlanma" adlandırılıb.

Teqlər