Sen 21, 2021 15:45 Asia/Baku
  • ABŞ-UNRWA
    ABŞ-UNRWA

Fələstinli qruplar ABŞ-UNRWA razılaşmasına qarşıdırlar.

SəhərAzəri-nin məlumatına əsasən, Qəzzə zolağındakı fələstinli milli və islami cərəyanlar, Amerika ilə razılaşmasını ləğv etrməsi üçün BMT-nin Fələstin Didərginlərinə Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi- UNRWA-nın əməliyyatına təzyiq göstərmək məqsədilə öz xalq və milli fəaliyyətlərini gücləndirmək niyyətindədirlər.

Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin Mərkəzi Komitəsinin üzvü Mahir Məzhər bu gün bildirib ki, fələstinli qruplar UNRWA-nın Amerika ilə razılaşmasına qarşıdırlar və UNRWA-nın fəaliyyət göstərdiyi bölgələrdə, yəni Qəzzə zolağı, İordaniya, Suriya və Livanda xalq fəaliyyətləri və proqramları yolu ilə onun ləğvinə çalışacaqlar.

Məzhər vurğulayıb ki, bu razılaşma Fələstin Azadlıq Ordusunda və ya digər fələstinli qruplarda hərbi təlimlər görmüş şəxslər də daxil olmaqla fələstinli didərginlərin başlıca hissəsinə şamil olur və qeyd olunan razılaşma UNRWA-nın yüz minlərlə digər didərginə maliyyə yardımının dayanmasına səbəb olacaq.

Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin Mərkəzi Komitəsinin üzvü vurğulayıb ki, bu razılaşma Amerikanın, müstəqilliyə və tam tərəfsizliyə malik olmalı olan beynəlxalq orqanlara tam şəkildə yiyələnməsi deməkdir.

Fələstinli milli və islami cərəyanlar BMT-nin baş katibinə müraciətdə BMT Baş Assambleyasının 302 saylı qətnaməsi xüsusiyyət təşkil etməklə beynəlxalq qanunlardan bir çoxunu pozduğuna görə, UNRWA-nın həmin razılaşmadan geri oturmasını və maliyyə yardımlarından fələstinlilərdən siyasi bacalma üçün istifadənin dayandırılması üçün dərhal müdaxilə edilməsini istəyiblər.

Amerika 2018-ci ilin yanvarında «əsrin sövdələşməsi» adlandırılan planı qəbul etmələri üçün fələstinliləri təzyiq altında qoymaq istiqamətində UNRWA-ya 300 milyon dollarlıq yardımı kəsdi.

UNRWA qərb sahili, Qəzzə zolağı, İordaniya, Suriya və Livandakı altı milyona yaxın mühacir və didərginə yardım edirdi və həmin yardımın kəsilməsi bu agentlik üçün böyük maliyyə böhranı yaradıbdır.

 

Teqlər