Sen 24, 2021 13:43 Asia/Baku
  • Peqasus
    Peqasus

Sionist rejimə məxsus olan «Peqasus» casusluq proqramı Fransa hökumətinin azı beş nazirinin mobil telefonuna nüfuz edib.

SəhərAzəri-nin məlumatına əsasən, Fransa ixtisaslaşdırılmış xidmətləri tərəfindən aparılmış təhqiqatlar bu ölkənin milli təhsil, dənizkənarı ərazilər, ölkənin inkişafı, mənzil və kənd təsərrüfatı nazirlərinin mobil telefonlarında «şübhəli nişanələr»in olduğunu göstərib.

"Le Monde" qəzeti son zamanlar bildirib ki, Fransa prezidenti Emmanuel Makronun cib telefonu «Peqasus» proqramı vasitəsilə casusluğa məruz qalıbdır.

«Peqasus» casusluq proqramı ilə bağlı beynəlxalq səviyyəli qalmaqal bir neçə beynəlxalq media tərəfindən onun Fransa prezidenti də daxil olmaqla siyasi şəxsiyyətlər, siyasi aktivistlər və jurnalistlərdən bir qrupunun mobil telefonuna sızması barədə məlumatların yayılmasından sonra başlanıb.

On yeddidən çox informasiya təşkilatının əhatəli təhqiqatı göstərdi ki, sionist «NSU» texnologiya şirkətinin düzəltdiyi «Peqasus» casusluq proqramından dünya səviyyəsində yüzlərlə jurnalist, siyasi və ictimai aktivist, həmçinin siyasi xadimin cib telefonundan casusluq üçün istifadə olunub.

«CNBC» telekanalının məlumatına görə, mobil telefonu bu casusluq proqramı tərəfindən hakk edilmiş mühüm siyasi şəxsiyyətlərdən biri, səudiyyə vəliəhdi Məhəmməd Bin Salmanın amilləri tərəfindən 2018-ci ildə qətlə yetirilmiş Bin Salmanın müxalifi- jurnalist Camal Qaşıqçının nişanlısıdır.

 

Teqlər