Borrelin təkidi
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi çoxsıçrayışlı region məsələlərinə baxılması vacibliyinə toxunub.
SəhərAzəri-nin məlumatına əsasən, Avropa Birliyinin nüvə anlaşması müzakirələrinin dərhal bərpa edilməsi üzrə təmayülünü bir daha təkrar edən Cozep Borrel vurğulayıb ki, bu sahədə İranla Amerika arasındakı məsafə azadılmalıdır.
Borrel Nyu-Yorka səfəri və BMT Baş Assambleyası sessiyasının kənarında dünya ölkələrinin baş diplomatları ilə görüşlərinin nailiyyətlərini yayıb.
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi bu görüşlərdəki ən mühüm nailiyyəti, İran xarici işlər naziri tərəfindən Vyana müzakirələrinə qayıdış üzrə təsdiqin alınması adlandırıb.
«Ümid edirəm ki, Amerika tez bir zamanda nüvə anlaşmasına geri dönəcək və İranın bu anlaşmaya sadiq qalması qarşılığında sanksiyalar aradan qaldırılacaqdır.»-deyə, Borrel bildirib.
Amerikanın nüvə anlaşmasına geri dönməsinin asanlaşması üçün İndiyədək Vyana şəhərində Amerika və nüvə anlaşmasının digər tərəflərlərilə İran arasında altı mərhələdə dolayısı ilə müzakirələr keçirilib.
Bu müzakirələrdəki ixtilaf zəminlərindən biri, Amerikanın nüvə anlaşmasından çıxdıqdan sonra Donald Tramp hökumətinin İrana qarşı tətbiq etdiyi bəzi sanksiyaların saxlanmasına israr etməsidir.
Bundan əlavə, Bayden hökuməti bildiribdir ki, Amerikanın gələcək hökumətlərinin yenidən nüvə anlaşmasından çıxmayacaqları haqda heç bir zəmanət verə bilməz.