Sen 27, 2021 13:10 Asia/Baku
  • Hill:

ABŞ Konqresinə bağlı bir veb sayt, ABŞ prezidentinin daxili və xarici siyasətini tənqid edərək, Co Baydenin dünyanı daha təhlükəli bir yerə çevirdiyini söyləyib.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Konqresinə bağlı "Hill" xəbər portalı bir reportajda, Co baydenin BMT Baş Assambleyasındakı çıxışına işarə edərək, yazıb: "Keçən həftə prezident Bayden BMT Baş Assambleyasında ilk çıxışını etdi və bir daha "Amerikanın geri döndüyünü" və ABŞ-ın "dövrümüzün ən böyük problemlərinin hamısına rəhbərlik etmək" niyyətində olduğunu iddia etdi. Baydenin dediyi kimi olmalı idi, ancaq təəssüf ki, mövcud reallıq çox fərqli görünür".

Reportajın bir hissəsində ABŞ-ın Əfqanıstandan tələsik çıxmasına işarə olunub və deyilir: "Bayden nəinki, ABŞ üçün heç bir iş görə bilmir, həm də dünyanı daha təhlükəli bir yerə çevirir".

Hill sonda, həmçinin ABŞ müttəfiqlərinin bu ölkəyə etimadsızlığına da toxunub və yazıb: "Amerikanın ən əhəmiyyətli müttəfiqləri arasında, prezident Baydenə güvənilə bilən ciddi bir tərəfdaş kimi etibar yoxdur. Amerikanın rəqibləri arasında, Baydenin maraqlarımızı qoruya biləcəyinə artıq inam yoxdur. Amerika xalqı arasında isə artıq Baydenin ən əsas ideallarımızı müdafiə edə biləcəyinə inam yoxdur.

Bayden administrasiyası, koronavirusun delta ştammına yoluxma hallarının artması, federal işçilər üçün məcburi peyvəndləmədən narazılıq, orta və böyük müəssisələr üçün məcburi peyvəndləmə ehtimalı, Texas-Meksika sərhəddində Haiti mühacirlərinin artması və Əfqanıstandan fəlakətli çıxış da daxil bir çox problemlərlə üz-üzədir. 

Teqlər