Sen 28, 2021 18:01 Asia/Baku
  • Nyu-Yorkda vaksin edilməmiş müalicə kadrı
    Nyu-Yorkda vaksin edilməmiş müalicə kadrı

Nyu-York xəstəxanaları vaksinasiya protokollarına riayət etməyən müalicə kadrı üzvlərinin işlərini dayandırmağa və ya onları ixrac etməyə başlayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Nyu-York meri Bill De Blazio bir mətbuat konfransında bildirib ki, vaksinasiya protokollarına riayət etməyən müalicə kadrı üzvlərinin işlərinin dayandırılması və ya onların ixrac edilmələri başlanıb və şəhər xəstəxanaları hələ bu sərəncamın tam təsirini hiss etməyiblər.

De Blazio sonra belə deyib: Ştatın bəzi bölgələrindəki vəziyyətdən nigaranıq, zira onlarda vaksinasiyanın səviyyəsi o qədər də diqqətəlayiq deyildir.

Nyu-Yorkdakı on bir dövlət xəstəxanasında işləyən müalicə sektorunun qırx üç min işçisindən təqribən beş min nəfər hələ COVID-19 qarşısında vaksinasiya olunmayıb.

 

Teqlər