Sen 30, 2021 14:47 Asia/Baku
  • NATO-nun hərbi təlimləri
    NATO-nun hərbi təlimləri

Ukrayna müdafiə nazirliyi NATO və ABŞ qüvvələrinin iştirakı ilə iri hərbi təlimlərin keçirilməsi və altı min hərbçiyə ev sahibliyi etməsindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Nazirlik dünən bildirib ki, bu ölkə ordusunun bölmələri NATO və ABŞ-ın hərbi qüvvələri ilə yanaşı, «Rapid Trident-2021» hərbi təlimləri çərçivəsində Lvov bölgəsində hücum təlimləri keçiriblər.

Bu hərbi təlimlər Ukrayna və Amerika qüvvələrinin iştirakı ilə davam edir.

Sentyabrın 20-dən başlanan bu təlimlərdə Birləşmiş Ştatlar, Bolqarıstan, Almaniya, Kanada, Litva və Moldova daxil olmaqla NATO-dan altı min hərbçi iştirak edir.

Hərbi təlimlər oktyabrın birində başa çatacaq.

Ukrayna ordusu bu iri hərbi təlimlərin keçirilməsində məqsədi, zəruri mövqe üçün döyüş hazırlığının qorunması elan edib.

Amerika hökuməti Rusiyanın hərbi fəaliyyətlərinin artması və Ukraynanın müdafiə və döyüş qüdrətini gücləndirmək bəhanəsilə bu ölkəyə altmış milyon dollarlıq kömək təqdim edəcəyini bildirib.

Birləşmiş Ştatlar Krım yarımadasının 2014-cü ildə Rusiya qatılmasından sonra Kiyev üçün ən böyük hərbi silah və sursat təminatçısına çevrilibdir.

 

Teqlər