Britaniyada etirazçılar Boris Consonun hökumətinə son verilməsini istəyirlər
İngiltərənin Mançester şəhərində Mühafizəkarlar Partiyasının illik konfransının açılışı ilə eyni zamanda minlərlə britaniyalı etirazçı bu şəhərin küçələrində aksiya keçirərək, baş nazir Boris Consonun hökumətinə son verilməsini tələb edib.
SəhərAzəri-nin məlumatına əsasən, İngiltərənin Mançester şəhərində keçirilən bu aksiyada xalqın müxtəlif siniflərindən olan etirazçılar, həmçinin siyasi və sosial quruluşun islah edilməsini və gənc birqadının bir polis zabiti tərəfindən öldürülməsi rüsvayçılığından sonra xüsusilə də London Polis İdarəsinin rəisi Cressida Dikin işdən azad edilməsini tələb ediblər.
Nümayişçilər əllərində, üzərinə "Mühafizəkarları qovun" cümləsi yazılmış plakatlar daşıyıblar.
Bir sıra Fələstin tərəfdarları da Mançesterdə keçirilən aksiyada "İsrailə Ölüm" şüarları səsləndirərək Britaniya hökumətinin cinayətkar və işğalçı sionist rejimə dəstəyinə son qoyulmasını istəyiblər.