Okt 06, 2021 12:43 Asia/Baku
  • Amerikan senatorların təklifi
    Amerikan senatorların təklifi

Amerikalı senatorlar bu ölkənin prezidenti Co Baydenə təklif ediblər ki, əgər Moskva amerikalılar üçün daha çox viza açmasa, üç yüz rus diplomat Birləşmiş Ştatlardan çıxarılsın.

SəhərAzəri-nin məlumatına əsasən, Senatın kəşfiyyat və xarici əlaqələr komitəsinin liderləri, yəni demokrat partiyasından olan Bob Menendes və Mark Uorner, həmçinin respublikaçı Cim Riş və Marko Rubio tərəfindən rus diplomatların çıxarılması üzrə amerikalı senatorların təklifi Vaşinqton ilə Moskva arasında səfirlik işçilərinin iştirakı üstündəki diplomatik ixtilafı artırır.

ABŞ dövlət departamenti bildirib ki, Rusiya avqust ayında Amerikanın Moskvadakı səfirliyinə rus işçilər və ya üçüncü bir ölkənin işçiləri ilə müqavilənin imzalanması, işə götürülməsi və ya qorunmasını qadağan etdi və Vaşinqton 182 işçini və onlarla podratçını öz səfirliyindən çıxarmağa məcbur oldu.

Amerikan senatorlar belə deyirlər: Bu, o deməkdir ki, bütün Amerika boyu mövcud olan dörd yüz rus diplomatın qarşılığında Rusiyada təkcə yüzə yaxın amerikalı diplomat var.

Onlar Baydenə yazdıqları məktubda belə qeyd ediblər: Diplomatik korpuslardakı bu qeyri-mütənasiblik qəbulediməzdir. Bu əsasda Moskva Birləşmiş Ştatlardakı rus diplomatların sayı ilə Rusiyadakı amerikalı diplomatların sayı arasındakı bərabərliyə yaxınlaşmaq üçün yetərincə viza açmalıdır.

Amerikadakı iki partiyadan olan senatorlar deyiblər ki, əgər Moskva bu işi görməzsə, Bayden üç yüz rus diplomatı ixrac etməlidir.

 

Teqlər