Okt 08, 2021 17:12 Asia/Baku
  • Fransız yepiskopun qalmaqallı sözləri
    Fransız yepiskopun qalmaqallı sözləri

Fransa yepiskoplar konfransı sədrinin bu ölkənin katolik kilsəsindəki geniş cinsi rüsvayçılığın ifşa olunmasından sonra kilsə qanunları barədə söylədiyi sözlər qalmaqal törədib.

SəhərAzəri-nin məlumatına əsasən, Fransa katolik kilsəsində uşaqlardan sui-istifadə işinə baxan komissiyanın sədri Jan Mark Sauvenin onun geniş miqyasını göstərən məlumatının yayılmasından sonra belə bir sual irəli sürülüb: Görən, həmin sui-istifadələri pisləmələrindən ötrü bu etirafların gizliliyini kənara qoymaq üçün keşişləri məcbur etmək lazımdır?

Amma müstəqil komissiyanın məlumatının yayıldığı zaman Erik de Moulin Bofurun cavabı neqativ olbu və o, vurğulayıb ki, bu etirafların gizliliyi Fransa Respublikasının qanunlarından çox güclüdür.

Bofurun sözləri o həddə qalmaqal törədibdir ki, dövlət reaksiya verməyə məcbur oldu. De Moulin Bofur da gələn həftə Fransa daxili işlər nazirliyinə çağırıldı.

Fransız vəkil Antuant Ferti deyir ki, qanuni baxımdan etiraflar və peşələrin gizliliyi bir keşiş və ya hər bir digər şəxs tərəfindən tənqid edilə bilməz.

İrəli sürülən tənqidlərin qarşılığında Fransa yepiskoplar konfransı meydana daxil oldu və bildirdi ki, kilsə qanunları Fransanın hüquqi və cəza qanunları ilə təzad təşkil etmir.

Fransa kilsəsi həmçinin bildiribdir ki, etirafların gizliliyinin ləğv edilməs üçün bir həll yolu düşünəcək.

Bununla belə, katolik kilsəsində uşaqlarla bağlı cinsi cinayətlər barədəki müstəqil təhqiqat komissiyası özünün ilk təhqiqatında son 70 ildə Fransa kilsəsində uşaqlara qarşı cinsi əziyyətdən 2900-3200 halın mövcdu olduğunu bildirib.

Fransız jurnalist Kristofer Lemb bu barədə belə deyib: Cinsi sui-istifadə rüsvayçılığı ötən 500 ildə kilsəni ən böyük böhranla üzləşdirib.

 

Teqlər