Okt 11, 2021 17:06 Asia/Baku
  • İslamabad-Tehran-İstanbul nəqliyyat karidorunun açılışı olub
    İslamabad-Tehran-İstanbul nəqliyyat karidorunun açılışı olub

Ticarət yük maşınlarının Türkiyəyə uğurla gəlişinin ardınca, Türkiyənin Ticarət Nazirliyi cümə günü onları qarşılamaq üçün bir mərasim keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, Bu yük maşınları oktyabrın 26-da Pakistanın Kəraçi şəhərindən yola düşüblər və təxminən 5 min 300 kilometrlik bir məsafəni qət etdikdən sonra keçən cümə axşamı günü İstanbula daxil olublar. 

Mərasimdə Pakistanın Türkiyədəki elçisi, İranın yüksək vəzifəli rəsmiləri, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Avtomobil Nəqliyyatı Birliyinin nümayəndələri və müxtəlif dövlət və özəl sektorların bir sıra digər nümayəndələri iştirak ediblər.

Türkiyə rəsmiləri, bu koridorun Yaxın Şərq və bölgə ölkələri ilə quru yolu ticarətini inkişaf etdirmək üçün çox əhəmiyyətli olduğunu və bu marşrutla Pakistan üzərindən Çinə ixracatı genişləndirə biləcəklərini söyləyiblər.

İranın Yol və Avtomobil Nəqliyyatı Təşkilatının Beynəlxalq Nəqliyyat və Tranzit İdarəsinin baş direktoru da bu mərasimdə, İranın bu layihəni dəstəklədiyini söyləyib. 

Bu koridorun inşası ilə bağlı qərar 2011-ci ildə Türkmənistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı EKO-nun Nəqliyyat və Kommunikasiya Nazirlərinin 8-ci Toplantısında qəbul edilib.

Teqlər