Ağ Ev: "Əfqanıstanın aktivləri sərbəst buraxılmayacaq"
https://azeri.sahartv.ir/news/dünya-i382060-ağ_ev_Əfqanıstanın_aktivləri_sərbəst_buraxılmayacaq
Əfqanıstanın aktivlərinin dondurulması səbəbindən humanitar fəlakət astanasında olduğu bir halda Ağ Evin sözçüsü Vaşinqtonun bu aktivləri azad etmək niyyətində olmadığını söyləyib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 13, 2021 16:55 Asia/Baku
  • Ağ Ev:

Əfqanıstanın aktivlərinin dondurulması səbəbindən humanitar fəlakət astanasında olduğu bir halda Ağ Evin sözçüsü Vaşinqtonun bu aktivləri azad etmək niyyətində olmadığını söyləyib.

SəhərAzəri-nin məlumatına əsasən,  Ağ Evin sözçüsü Cen Psaki bir Əfqanıstandakı humanitar böhranı müzakirə etmək üçün keçirilən G-20-nin fövqəladə toplantısından sonra bir mətbuat konfransında deyib ki, Vaşinqtonun Əfqanıstanın aktivlərinin sərbəst buraxılması ilə bağlı mövqeyində heç bir dəyişiklik olmayıb.

O, əlavə edib: "G-20 liderləri Əfqanıstan üzrə fövqəladə zirvə toplantısında bu ölkə xalqına birbaşa humanitar yardımların göstərilməsi üçün kollektiv öhdəliklərini vurğulayıblar, hansı ki, bundan əvvəl müstəqil beynəlxalq təşkilatlat tərəfindən qeyd olunmuşdu".