Putin ABŞ-ın Rusiyaya qarşı yeni iddiasını rədd edib
https://azeri.sahartv.ir/news/dünya-i382087-putin_abŞ_ın_rusiyaya_qarşı_yeni_iddiasını_rədd_edib
Rusiya prezidenti Amerikanın Moskvanın Avropada qazın qiymətinin artması və enerji böhranında Moskvanın rolu barədəki iddiasını rədd edib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Okt 14, 2021 12:43 Asia/Baku
  • Putin
    Putin

Rusiya prezidenti Amerikanın Moskvanın Avropada qazın qiymətinin artması və enerji böhranında Moskvanın rolu barədəki iddiasını rədd edib.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin bildirib ki, Moskva heç vaxt qazdan bir silah və təzyiq vasitəsi kimi istifadə etməyəcək.

Putin həmçinin Rusiyanın Avropadakı enerji böhranını həll etməyə hazır olduğunu bildirib.

Rusiya prezidentinin bu sözlərinin fonunda qeyd edək ki, Avropa Birliyi enerji göstəricilərinin misli görünməmiş tərzdə artması ilə mübarizə üçün qarşıdakı günlərdə fövqəladə iclas keçiməlidir.

Avropada qazın qiyməti bu fəsildə nəzərəçarpacaq tərzdə artıb və özünün ən yüksək səviyyəsinə çatıb.