Zəngəzur dəhlizi, yoxsa Xəzər sahilində NATO üçün ayaq yeri açmaq üzrə fitnəkarlıq?!
İngiltərənin NATO-dakı keçmiş nümayəndəsi Zəngəzur dəhlizinin yaradılmasını müdafiə edib.
SəhərAzəri-nin məlumatına əsasən, Ser Adam Tomson Zəngəzur dəhlizinin yaradılmasını NATO-nun Xəzər dənizinin qərb sahillərində iştirak üzrə qədim röyasının çin olması adlandırıb.
Ser Adam Tomson İngiltərənin baş nazirinə xitabən, Cənubi Qafqazda mövcud olan geopolitik sistemi NATO-nun xeyrinə pozmaq üçün Londonun Zəngəzur dəhlizini himayə etməsini istəyib.
O, bu barədə belə yazıb: Mən cənab baş nazirdən xahiş edirəm ki, bu həssas tarixi zaman kəsiyində NATO-nun on beş illik planının həyata keçməsi və başa çatması üçün əlindən gələni əsirgəməsin.
London Amerika və Avropa Birliyinin iştirakı ilə NATO çərçivəsində Azərbaycanın/ Naxçıvana ərazi qovuşması üzrə iradəsinə dəstək verməlidir. Həmçinin bu koalisiya İrəvanı qane etməlidir ki, özünün İranla cənub sərhədinə göz yumsun. Naxçıvanın Azərbaycana qoşulması və Bakının NATO-ya qatılması ilə/ NATO-nun Çin sərhədinədək genişlənməsi röyası əlaçatan olacaqdır.
İngiltərənin NATO-dakı keçmiş nümayəndəsi sonra belə yazıb: Türkiyənin Azərbaycana ərazi qovuşması NATO-nun Xəzər dənizi sahillərinə ərazi qovuşması demək olacaq və bu elə bir plandır ki, on beş il bundan öncədən bəri Türkiyə və NATO-nun gündəmində durur. NATO-nun Xəzər dənizi sahillərinə çıxması dəqiq planlaşdırma və proqramlaşdırma tələb edən dəyərli bir hədəfdir.
Ser Adam Tomson sonra belə əlavə edib: NATO Naxçıvanın Azərbaycana qoşulması və ərazi dəyişdirilməsi barədə Azərbaycanın Ermənistanla müzakirələrini var gücü ilə himayə edəcək. Və onu NATO-nun strategiyaları üçün müsbət və irəliyə doğru bir addım kimi dəyərləndirir.
İngiltərənin NATO-dakı keçmiş nümayəndəsinin dediyinə görə, Naxçıvanın Azərbacyana mümkün olan hər bir formada quru qovuşması təqdirində,/ NATO-nun/ Azərbaycanın bu hərbi təşkilata qoşulmaq üzrə ərizəsilə ən qısa zamanda razılaşması üçün hər şey hazırlanacaq.
Azərbaycanın NATO-ya ilhaq edilməsi, NATO-nun Şərqə doğru genişləndirilməsi strategiyasının həyata keçirilməsində Şimali Atlantika Müqaviləsi Təşkilatının iri və arzu edilən addımı demək olacaq.
NATO-nun Xəzər dənizinin qərb sahillərində yerləşməsi NATO-nun İranla qonşu olması/ və Rusiyanın/ bu ölkənin cənubundan mühasirə edilməsinin təkmilləşdirilməsi demək olacaq. İngiltərə Amerikanın himayəsilə NATO-nun çətiri altında, asanlıqla Bakı sahillərindən Tehrana və Moskvaya öz strateji yiyəliyini qəbul etdirə bilər.