Okt 20, 2021 18:54 Asia/Baku
  • parlament
    parlament

Rumıniyanın seçilmiş baş naziri Dasian Siulus öz azlıq təşkil edən hökuməti üçün parlamentdən etimad səsi ala bilməyib.

SəhərAzəri-nin məlumatına əsasən, Səsvermənin öncədən gözlənilən nəticələri koronanın yenidən artması ilə üzləşən bu ölkədəki siyasi çıxılmazlığı daha da uzada bilər.

Avropa Birliyinin ən yoxsul ölkələrindən sayılan Rumıniya oktyabrın əvvəlindən və konkret olaraq, liberal Florin Sitonun 9 aylıq hökumətinin devrildiyi zamandan bəri siyasi dalana dirənib.

Bu siyasi böhran ölkənin iqtisadi yaxşılaşma prosesi və rəsmilərin büdcə çatışmazlığını azaltmaq üzrə səylərini pozacaq.

 

Teqlər