Okt 29, 2021 12:49 Asia/Baku
  • Cəbhəyə hər iki tərəfdən ağır texnika göndərildi

Ukraynanın şərqində, Donetsk və Luqansk regionlarına nəzarət edən separatçılarla Ukrayna ordusu arasında döyüşlər qızışır.

SəhərAzəri-nin məlumatına əsasən, ötən gün axşamdan başlayaraq Donetsk şəhərinin 20 kilometrliyində yerləşən strateji əhəmiyyətli Dokuçayevsk qəsəbəsi ətrafında şiddətli atışmalar gedir. Separatçılara yaxın mənbələr Ukrayna ordusunun bu qəsəbəni tutmaq üçün həmlələr etdiyini bildirir.

Qeyd edək ki, üç tərəfdən Ukrayna ordusunun əhatəsindədir və ümumiyyətlə cəbhənin bu istiqaməti separatçıların ən zəif nöqtəsidir.

Ukraynalı hərbi jurnalist Yuri Butusov isə özünün Facebook səhifəsində separatçıların Ukrayna ordusunun Novozvanovka rayonundakı mövqelərinə kütləvi artilleriya zərbələri endirdiyini əks etdirən görüntüləri yayıb. İtkilər haqda məlumat verilmir.

Oktyabrın 26-da Ukrayna ordusu ilk dəfə separatçıların artilleriya mövqeyinə “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsindən zərbə endirib. Bunun ardınca Ukrayna ordusu təmas xəttinə doğru çoxsaylı zirehli texnika və artilleriya, reaktiv yaylım atəşi sistemləri cəmləşdirməyə başlayıb.

Bu arada Qondarma “Donetsk Xalq Respublikası”nın başçısı Denis Puşilin ötən axşam “Rossiya 1” telekanalında çıxışı zamanı Rusiyadan onlara köməyə minlərlə “könüllünün” gələcəyini bildirib. Puşilinin sözlərinə görə, onda məlumat var ki, Rusiyadan böyük sayda “könüllü” Donbassa getməyə və “xalq respublikası” uğrunda vuruşmağa hazırdır.

 

Teqlər