Amerikan araşdırma mərkəzindən Vaşinqtona xəbərdarlıq
Bir amerikan araşdırma mərkəzi analitik bir yazıda ABŞ-ın dövlət başçılarına xəbərdarlıq edibdir ki, İsrail rejiminin İran haqdakı cəfəngiyyatlarına aldanmasın və bu rejimin təhlükəli oyunlarına girməsinlər.
SəhərAzəri-nin məlumatına əsasən, "Kuinsi" institutunun araşdırma mərkəzinin nümayəndəsi Pol R. Pilar, «İsrailin İrana hücum üzrə daimi təhdidləri və Amerikanın maraqları üçün bir təhlükə» adlı bir yazıda Birləşmiş Ştatların rəsmilərinə tövsiyə edibdir ki, nəinki bu oyunun hədəfləri Amerikanın xeyrinə deyil, həm də Vaşinqtonun maraqları ilə təzad təşkil edə bilər və hətta əgər oyun yaradan amil özünü Vaşinqtonun müttəfiqi kimi göstərsə belə.
Yazının digər bir hissəsində deyilir: Birləşmiş Ştatlar İranla və ya hər hansı başqa bir ölkə ilə qarşıdurmanın və gərginliyin azaldılması diplomatiyasının icrası üçün, İsrailə və ya hər hansı digər tərəfə, öz qabiliyyətini iflic etmək icazəsi verməməlidir.
Müəllif, yazının digər bir hissəsində qeyd edir ki, Fars Körfəzinin gücləri sayılan İran və Ərəbistan başa düşüblər ki, onların rifahı, müharibə ilə təhdid və gərginlikdən yox, regionda adi əlaqələr və stabilliklə, daha yaxşı təmin olacaq və Tehran bundan öncə özünün regional sülh təşəbbüsünü təqdim edibdir.