Noy 04, 2021 15:42 Asia/Baku
  • Amerikanın dəniz qüdrəti təhqir olundu
    Amerikanın dəniz qüdrəti təhqir olundu

Amerikanın terrorçu ordusunun dəniz donanması və onun modern destroyerləri bu dəfə də İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin döyüşçüləri tərəfindən təhqir edildi və doqquz min tonluq «Arli Burk»lar sürətli qayıqlarının əsiri oldular.

SəhərAzəri-nin məlumatına əsasən,  Sepah-ın dəniz qüvvələrinin/ xəbəri dünən yayılan/ Amerikanın terrorçu ordusunun dəniz qüvvələri ilə qarşıdurma əməliyyatı/ ötən həftə Vyetnam bayrağı altında hərəkət edən «SOTHYS» adlı bir tankeri saxlamaq üçün həyata keçirilib.

Ondan öncə, bir İran tankerini saxlamaqla onun neft yükünü bir Vyetnam tankerinə boşaltmış amerikalı terrorçu qüvvələr onu digər bir səmtə istiqamətləndirmək məqsədi güdürdülər.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin pilotsuz uçuş aparatlarının himayəsilə hava-dəniz, komando və dəniz bölmələri tərəfindən sahilaşırı bölgədə kombinə edilmiş formada həyata keçirilən bu əməliyyatda, amerikalı terrorçular, nəzərəçarpacaq dəniz və hava bölmələri ilə məsələyə qarışmaq və oğurluq yükü daşıyan tankerin saxlanılmasının qarşısını almaq istədilər, lakin Sepah-ın dəniz qüvvələri döyüşçülərinin tədbirləri və qətiyyəti ilə, amerikalı qüvvələr öz nəhs məqsədlərinə nail olmaqda nakam qaldılar.

Bu əməliyyat barədə yayılan təsvirlər göstərir ki, əməliyyat icra olunmazdan öncə Sepah-ın dəniz qüvvələrinin PUA-larından istifadə ilə, tankerin aşkar edilməsi və izlənilməsi tapşırığı həyata keçirilir. Bununla bir zamanda, tankerin mövqeyi və informasiyası da informasiyaların toplanması sistemləri tərəfindən əməliyyatın komandanlıq mərkəzinin ixtiyarına verilir.

Dərhal komando bölməsi meydana girir. Sepah-ın dəniz qüvvələrinin sürətli reaksiya bölməsinin komando dəstəsinin 412 tipli vertolyotunun göndərilməsilə hava hücumu və komandoların tankerin göyərtəsinə boşaldılması əməliyyatı həyata keçirilir və Şəhid Naziri adına baş komandanlıq gəmisinin istiqamətləndirməsilə ələkeçirmə əməliyyatı başlanır. Bu əməliyyatla bir zamanda, Şəhid Siyavuşi adına gəmi tərəfindən də hava və dənizdən bölgəyə nəzarət əməliyyatı həyata keçirilir.

Səhnənin şəraitini öz xeyrinə görməyən terrorçu Amerika ordusunun dəniz qüvvələri daha çox sayda gəmini həmin hüdudlara göndərməyə can atır. Elə bu zaman, sahil qvardiyasının bir ədəd freqatı da onlara əlavə olur. Daha çox qüvvənin gəlməsilə amerikan vertolyot da cəsarətə gəlir və yenidən tankerin koordinatına yaxınlaşır və hətta təhrikedici bir hərəkətdə ətrafı işıqlandırmaq üçün flüor qazı da buraxır.

Burda da Sepah-ın dəniz qüvvələrinin döyüşçüləri öz qətiyyətlərini nümayiş etdirmək və gəmiyə qarşı kruz raketlərilə təchiz edilmiş hücumçu və raketatan qayıqdan doqquzunu göndərməklə amerikalılara göstərirlər ki, onlarla mübarizə aparmaq üçün tamamilə hazırdırlar və bu,// amerikanların təqibi davam etdirməkdən vaz keçmələri/ və onların hərbi qayıqlarının məkanı tərk etmələri üçün bir dəlil olur.

Bu əməliyyatın Sepah-ın dəniz qüvvələri tərəfindən həyata keçirilməsinin fonunda qeyd edək ki, Amerika ötən həftələr ərzində Fars Körfəzi bölgəsində və Oman dənizində yeni gərginlik səviyyəsi yaratmağa çalışıb. Onların qırıcı-bombardmançı təyyarələrinin Fars Körfəzinin suları üzərindəki uçuşlarını bu iddia üçün bir fakt və şahid kimi nəzərdə tutmaq olar. İranın daima təkid etdiyi məsələ, təhlükəsizliyin hamı üçün bərqərarı istiqamətində dənizlərdə ticarət və əlaqə yolları və xətlərinin təhlükəsizliyinin təmini zərurətidir.

Bununla belə, Birləşmiş Ştatlar da bu əməliyyatda oğurluq yük daşıyan tankerin saxlanılması əməliyyatının icrasının qarşısını almaq məqsədilə maksimum müdaxilə səviyyəsini göstərdi. Belə ki, xeyli sayda hərbi bölmənin, o sıradan modern esmineslərin göndərilməsi və yaxın təmas səviyyəsi də onun nişanələrindəndir. Bununla belə, səhnədə əməliyyat keçirən Sepah qüvvələrinin- pasdarların qətiyyəti, bir daha amerikanlar üçün həmişəki taleyi, yəni məğlubiyyəti təyin edib, reallaşdırdı.

 

Teqlər