Çinlilər koronanın yeni dərmanla müalicəsinə ümid edirlər
https://azeri.sahartv.ir/news/dünya-i382987-Çinlilər_koronanın_yeni_dərmanla_müalicəsinə_ümid_edirlər
Çinli tədqiqatçılar yeni anti-cisimlərdən hazırlanmış dərmandan istifadə ilə korona xəstəliyinin müalicəsi istiqamətində müsbət addımlar atıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2021 15:18 Asia/Baku
  • Çinlilər koronanın yeni dərman
    Çinlilər koronanın yeni dərman

Çinli tədqiqatçılar yeni anti-cisimlərdən hazırlanmış dərmandan istifadə ilə korona xəstəliyinin müalicəsi istiqamətində müsbət addımlar atıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Pekin modern genomologiya mərkəzinin direktoru «Sani Tszei» bildirib ki, onun araşdırma qrupu laboratoriyada hər hansı ştammlı koronavirusu zərərsizləşdirən anti-cisimlərdən tam bir spektr əldə edibdir.

Pekinq universitetinin bu professorunun sözlərinə görə, kəşf edilmiş anti-cisimlərdən biri- «DXP-604» o qədər güclüdür ki, bu virusun hər hansı ştammı qarşısında düzgün reaksiya verə bilir.

Eyni zamanda, Çində «Brii» adlı texnologiya şirkəti bildiribdir ki, bu dərman xəstəxanaya yatırılmaq təhlükəsi və koronavirusun təhlükəli növləri nəticəsində ölümü 78 faizədək azaldır.