Noy 09, 2021 19:02 Asia/Baku
  • Yaponiya 9 peykli kosmik raket
    Yaponiya 9 peykli kosmik raket

Yaponiya aerokosmik tədqiqatlar agentliyi bildirib ki, «Epsilon» adlı kiçik və ucuz bir raketi uğurla kosmosa göndərib və doqquz peyki yer orbitində qərar veribdir.

SəhərAzəri-nin məlumatına əsasən, «Epsilon-5» raketi bu gün səhər saat on radələrində Yaponiyanın cənub-qərbindəki Kaqosima əyalətində yerləşən «Utinoura» kosmik mərkəzindən kosmosa göndərilib.

Bu 96 tonluq raket doqquz peyk daşıyıbdır ki, bu da «Epsilon» raketindən istifadə ilə bir tapşırığın yerinə yetirilməsi üçün maksimum miqdardır.

Yaponiya aerokosmik tədqiqatlar agentliyi sonuncu dəfə 2019-cu ilin yanvarında bir «Epsilon» raketini kosmosa göndərmişdi.

Daha az xərc tələb edən «Epsilon» seriyasından olan raketlər bərk yanacaqdan istifadə edirlər. Onlar yüklənmək üçün daha az zaman tələb edirlər.

 

Teqlər