Avropa Birliyi Türkiyəyə qarşı sanksiyaları uzadıb
https://azeri.sahartv.ir/news/dünya-i383078-avropa_birliyi_türkiyəyə_qarşı_sanksiyaları_uzadıb
Avropa Şurası bir bəyanatda bildirib ki, Türkiyənin Şərqi Aralıq dənizindəki qazıntı fəaliyyətlərilə bağlı sanksiyaları daha bir il müddətinə uzadıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 12, 2021 12:38 Asia/Baku
  • Avropa Birliyi
    Avropa Birliyi

Avropa Şurası bir bəyanatda bildirib ki, Türkiyənin Şərqi Aralıq dənizindəki qazıntı fəaliyyətlərilə bağlı sanksiyaları daha bir il müddətinə uzadıbdır.

SəhərAzəri-nin verdiyi məlumata görə, Avropa Şurasının bəyanatında qeyd olunur ki, şəxslər üçün Avropa Birliyinə səfər qadağası, həmçinin əlaqədar şəxslər və orqanların aktivlərinin dondurulmasına şamil olan məhdudlaşdırıcı tədbirlər sıyahıya alınıbdır.

Avropa Birliyi 2019-cu ildə, Türkiyənin Şərqi Aralıq dənizindəki qazıntı fəaliyyətlərinə cavab olaraq, bu ölkəyə qarşı sanksiyalar tətbiq etdi.

Son illər ərzində Şərqi Aralıq dənizindəki çəkişmələr, Ankaranın bu bölgədəki qazıntıları və fəaliyyətlərinin başlanması üstündə şiddətlənibdir.

Yunanıstan və Kipr bəzi Avropa ölkələrinin müşayiətilə iddia ediblər ki, Türkiyənin hərəkətləri qanunsuz və gərginlikyaradandır və onlar bu addımların nəticələri barədə Ankaraya xəbərdarlıq ediblər.