Rusiya Qara dəniz üzərində NATO-nun bir neçə casus təyyarəsinin izinə düşüb
Rusiya müdafiə nazirliyi Qara dəniz üzərində NATO-nun bir neçə casus təyyarəsinin izinə düşdüyünü bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Nazirlik qeyd edib ki, bu ölkənin radarları ötən sutka ərzində Qara dəniz üzərində NATO-nun altı casus təyyarəsini aşkar edib və izinə düşüblər.
Nazirliyin bəyanatına görə, Qara dəniz üzərində, Rusiya sərhədləri yaxınlığında NATO-nun casus təyyarələrinin aşkar və təqib edilmələrinin sayı artmaqdadır.
Rusiya dəfələrlə ABŞ və NATO-nun casus təyyarələrinin uçuşlarından xəbər verib və vurğulayıbdır ki, bu kimi hallar gərginliyin şiddətlənməsilə nəticələnəcək.
Son aylar ərzində Qərb ölkələrinin Rusiya sərhədləri ətrafındakı fəaliyyətləri Moskva ilə Qərb arasındakı gərginliklərin kəskinləşməsinə bais olubdur.
Qara dəniz Rusiya-Qərb qarşıdurmasının əsas meydanıdır.