AB Suriyanın 4 nazirinə sanksiya tətbiq edib
Avropa Birliyi Suriyaya qarşı düşmənçilik hərəkətlərinin davamında dörd suriyalı nazirin adını bu birliyin sanksiyası altında olan şəxslərin siyahısına əlavə edib.
SəhərAzəri-nin məlumatına əsasən, Avropa Şurası dünən bir bəyanatda bildirib ki, bu gündən etibarən, Suriyanın daxili ticarət və istehlakçılara dəstək naziri Əmru Salim, daxili işlər naziri Diyala Bərəkət, əmək və sosial məsələlər naziri Muhəmməd Seyfəddin və informasiya naziri Petros Əlhəllaq-ın adları Avropa Birliyinin sanksiyası altında olan şəxslərin siyahısına salınıb.
Hal-hazırda Suriya hökumətilə əlaqəli olan 287 rəsmi və yetmiş orqan puç ittihamlarla Avropa Birliyinin sanksiyalar sıyahısındadır.
Avropa Birliyi 2011-ci ildən bəri terrorçulara dəstək istiqamətində Suriyanı müxtəlif sanksiyalara məruz qoyub.
Suriyada böhran 2011-ci ildən, Ərəbistanın, Amerikanın və müttəfiqlərinin himayə etdikləri terror qruplarının geniş hücumu ilə başlanıb. Bu höhranı yaratmaqda məqsəd, region parametrlərini sionist rejimin xeyrinə dəyişmək olubdur.
Suriya, müqavimət mehvərinin əsas üzvlərindən biri kimi, regionda amerikan-sionist-səud mehvərinin fitnələri və hərəkətlərilə mübarizədə əsas rola malikdir.