Pakistan Hindistanın hərəkətinə reaksiya verib
https://azeri.sahartv.ir/news/dünya-i383289-pakistan_hindistanın_hərəkətinə_reaksiya_verib
Pakistan xarici işlər nazirliyi Hindistanın Haryana əyalətinin bəzi nöqtələrində məscidlərə hücumlar və cümə namazının qılınmasındakı məhdudiyyəti pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 19, 2021 08:24 Asia/Baku
  • Pakistan xarici işlər nazirliyi
    Pakistan xarici işlər nazirliyi

Pakistan xarici işlər nazirliyi Hindistanın Haryana əyalətinin bəzi nöqtələrində məscidlərə hücumlar və cümə namazının qılınmasındakı məhdudiyyəti pisləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Nazirlik bir bəyanatda Hindistanın Haryana və Utar-Pradeş əyalətlərində hakim partiya tərəfindən müsəlmanların ibadətgahları və məscidlərinə hücumun edilməsi və zərərin vurulması ehtimalı ilə bağlı dərin nigarançılıq ifadə edib.

Pakistan xarici işlər nazirliyinin bəyanatında müsəlmanların müqəddəs məkanlarına edilən hörmətsizliyə işarə ilə deyilir ki, ekstremist hindu qruplarının müsəlmanların məscidlərinə qarşı hörmətsiz hərəkətləri təhrikedici və qanunsuzdur.