Rusiya Avropada yeni raketlərin yerləşdirilməsindən nigarandır
Noy 19, 2021 15:58 Asia/Baku
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, Moskva Avropada qısa və orta mənzilli raketlərin yerləşdirilməsindən nigarandır.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın raket və nüvə məsələləri üzrə baş müzakirəçisi- Sergey Ryabkov bu sahədə yeni böhranın yaranması ehtimalına işarə ilə belə qeyd edib: Rusiya Amerikanın atom silahından istifadə həddini azaldacağından nigarandır və bu məqsədlə hazırlıq işləri görür.
Orta və qısa mənzilli raketlərin məhv edilməsinə dair müqavilə 1987-ci ildə SSRİ ilə Amerikanın ozamankı hökuməti arasında imzalanıb.
ABŞ hökuməti 2019-cu ildə müqavilənin dəfələrlə Rusiya tərəfindən pozulması səbəbindən Vaşinqtonun bu müqavilədən çıxdığını elan etdi. Rusiya da sonrakı gündə həmin addıma əl atdı.