Avropalıların korona məhdudiyyətlərinə etirazları davam edir
Avropada koronanın yayılmasının şiddətlənməsilə bir zamanda Avropa dövlətləri məhdudiyyət tətbiq etmək üçün yeni qaydalar qoyublar. Bu da qitə əhalisinin hiddətini doğurub.
SəhərAzəri-nin məlumatına əsasən, belə bir halda, dünən gecə Niderlandın Rotterdam şəhərində korona məhdudiyyətlərinə etiraz edənlərin polislə toqquşmasında yeddi nəfər yaralanıb, təqribən iyirmi nəfər isə həbs olunub.
Rotterdam polisi etirazçılarla polis arasındakı kobud toqquşmalarda bu miqdarda insanın yaralanmasını təsdiq edib.
Rotterdam polisinin sözçüsü Patrisiya Vesl belə deyib: Biz etirazçılara birbaşa və xəbərdarlıqedici atəşlər açdıq, çünki vəziyyət elə inkişaf etmişdi ki, bu şəxslər təhlükələr yaratmışdılar.
Niderland hökuməti son zamanlar koronanın yeni dalğası qarşısında bəzi məhdudiyyətlər tətbiq edib, amma gündəlik yoluxma sayı, epidemiyanın bu ölkədə başlandığı zamandan bəri ən yüksək miqdardır.
Son günlər etirazçılar Amsterdamın şimalında yerləşən Levarden rayonunda da oxşar aksiyalara əl atmışdılar.
Son zamanlar Avstriyanın Zalsburq şəhərində, həmçinin bir neçə İtaliya şəhərində insanlar yeni korona məhdudiyyətlərinə etiraz olaraq, aksiya keçiriblər.