Kül altında alov
İllik tibbi müayinələr üçün xəstəxanaya yatırılan Amerika prezidenti öz səlahiyyətlərini Kamala Harrisə təhvil verib. Kamala Harris müvəqqəti də olmuş olsa, Amerika tarixində prezident olan ilk qadındır.
SəhərAzəri-nin məlumatına əsasən, bu gün Co Baydenin 79 yaşı oldu. O, ABŞ müdafiə nazirliyinin hospitalında müəyyən dəqiqələr huşsuz idi və elə bu məsələ səbəb oldu ki, Amerika əsas qanununun 25-ci əlavəsinə uyğun olaraq, xanım Kamala Harris prezident olmuş olsun. Amerika tarixində Birləşmiş Ştatların prezidenti olmuş yeganə qadın.
Əlbəttə, bütövlükdə 90 dəqiqədən az bir müddətə.
Prezident canişininin onsuz da Ağ Ev-dəki gizli məlumatların məzmunlarına əlçatanlığı var. Təkcə icra qüdrətinə malik deyildir. Co Bayden indi deyir ki, vəziyyəti yaxşıdır.
Amma demokratlar rəy sorğularına və Co Baydenin şəraitinə əsasən, təxmin edirlər ki, respublikaçıların 2024-cü il seçimi ilə mübarizə üçün bir çox problemlə üzləşəcəklər.
Deməli, Kamala Harris zərər çəkməməli olan bir seçimdir. Elə buna görə də məsləhətin, onun kənara çəkilməsində olmasından danışırlar.
Foks-Nyus-un rəvayəti isə başqadır. Ağ Ev-dəki ixtilaflar alovu şölələnib. Harris və Bayden çox sayda çəkişmə və qarşıdurmaya malikdirlər. ABŞ mediaları deyirlər ki, prezident tezliklə vitse-prezidenti kənarlaşdıracaq.
Qarşıdakı günlərdə Kamala Harrisdən daha çox xəbərlər eşidəcəyik.