Noy 23, 2021 11:52 Asia/Baku
  • Avropa
    Avropa

Avropa Komissiyasının Statistika İdarəsi Eurostat-ın məlumatına əsasən, Avropa İttifaqı və avrozonada inflyasiya 4 faiz bəndini keçərək 2008-ci ilin iyulundan bəri ən yüksək səviyyəyə çatıb.

SəhərAzəri-nin məlumatına əsasən, "Eurostat" bildirib ki, Avrozonada illik inflyasiya 2021-ci ilin sentyabrındakı 3,4 faizdən, oktyabrında 4,1 faizə yüksəlib. 

"Euronews" əlavə edib: "Avropa İttifaqında sonuncu dəfə 2008-ci ilin iyulunda 4,1 faizlik, Avrozonada isə 4,4 faizlik illik inflyasiya qeydə alınıb". 

Məlumata əsasən, ən aşağı illik göstəricilər Malta (1,4 faiz), Portuqaliya (1,8 faiz), Finlandiya və Yunanıstanda (hər ikisi 2,8 faiz) qeydə alınıb. Ən yüksək illik göstəricilər Litvada (8,2 faiz), Estoniyada (6,8 faiz) və Macarıstanda (6,6 faiz) qeydə alınıb.

"Eurostat", həmçinin bildirib ki, oktyabrda Avrozonanın 4,4 faizlik illik inflyasından 2,21 faizi enerji qiymətlərinin artımı ilə əlaqədardır.  

Teqlər