Noy 25, 2021 13:11 Asia/Baku
  • 31 mühacir həyatını itirib
    31 mühacir həyatını itirib

Fransadan İngiltərəyə gedən qayıq La-Manş boğazından keçərkən aşıb. Nəticədə otuz bir miqrant həyatını itirib.

SəhərAzəri-nin məlumatına əsasən, Röyters informasiya agentliyi bu xəbəri dünən verib.

Bu, insan hüquqlarını müdafiə iddiasında olanların gözləri önündə və Fransa ilə İngiltərə arasındakı sularda minqrantlar barədə qeydə alınan ən pis fəlakətdir.

La-Manş boğazı dünyanın ən izdihamlı gəmiçilik xətlərindən biridir. Onda su cərəyanı güclüdür. Yüklə dolu qayıqlar əksər hallarda çətinliklə üzə bilirlər. Onlar İngiltərə sahillərinə çatmağa çalışarkən dalğalara məruz qalırlar.

Fransanın daxili işlər naziri Gerald Darmanin bildirib ki, bu qayıqda otuz dörd sərnişin olub. Onların otuz biri həyatını itirib, iki nəfər xilas olub, bir nəfər isə itkin qalmaqda davam edir.

Darmanin Fransanın insan haqları sahəsində pozulmuş imicini yaxşılaşdırmaq üçün deyib ki, qaçaqmalçıların ümidi ilə hərəkət edən insanların dənizdə tələf olmalarını görmək Fransa, Avropa və bəşəriyyət üçün bir fəlakətdir.

Avropada miqrantların qəbul edilməsinə qarşı çıxan ölkələrdən olan İngiltərənin baş naziri Boris Conson bu tələfatdan dəhşətə gəldiyi və şok olduğunu iddia edib və dənizdə həlak olanların ailələrinin kədəri ilə bölüşdüyünü bildirib. Amma bu faciənin La-Manş boğazından bu yolla keçidin nə qədər təhlükəli olduğunu göstərdiyini vurğulayıb.

Fransada «Miqrantların sığınacağı» adlı qeyri-hökumət təşkilatı isə bilidiribdir ki, qaçaqmalçıları ittihamlandırmaq, yalnız Fransa və İngiltərə başçılarının məsuliyyətlərini gizlətmək məqsədini güdür.

 

Teqlər