Noy 27, 2021 11:03 Asia/Baku
  • Kreml Zelenskinin Ukraynada dövlət çevrilişi ilə bağlı iddialarını rədd edib

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada dövlət çevrilişi hazırlamaqla bağlı Kiyevin ittihamlarını rədd edib.

SəhərAzəri-nin məlumatına əsasən, Peskov keçirdiyi mətbuat konfransında, Ukrayna prezidenti Vladimir Zelenskinin Ukraynada Rusiyanın iştirakı ilə dövlət çevrilişinin planlaşdırıldığı barədə bəyanatını şərh edərkən deyib: "Rusiyanın guya müzakirə olunan çevrilişdə iştirak etmək planı yox idi. Rusiya heç vaxt belə məsələlərlə məşğul olmur".

Bundan əvvəl Zelenski ölkədə dövlət çevrilişinə hazırlıq barədə məlumat aldığını deyib.Onun sözlərinə görə, çevriliş dekabrın 1-nə planlaşdırılıb.

Zelenski qeyd edib ki, Kiyev Moskva ilə hər cür gərginliyin artmasına hazırdır.

Son zamanlar Ukrayna və Qərb rəsmiləri Rusiyaya qarşı aparılan təbliğat müharibəsi çərçivəsində Moskvanın Ukrayna ilə sərhəddə qeyri-adi hərbi texnika və əsgər yığması və bunun hücuma hazırlıq olması ehtimalı ilə bağlı iddialar irəli sürüblər

Teqlər