AB-nin Səhiyyə Agentliyi koronavirusun yeni ştammı ilə bağlı xəbərdarlıq edib
Noy 27, 2021 20:07 Asia/Baku
AB-nin Səhiyyə Agentliyi xəbərdarlıq edib ki, Omicron adlı və əvvəlcə Cənubi Afrikada aşkar edilən koronavirusun yeni variantı Avropa üçün "yüksəkdən çox yüksək" riskə malikdir.
SəhərAzəri-nin məlumatına əsasən, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi təhdidlərin qiymətləndirilməsi hesabatında qeyd edib ki, "Omicron" variantının ötürülməsi, peyvəndin effektivliyi, təkrar infeksiya riski və digər xüsusiyyətləri ilə bağlı əhəmiyyətli qeyri-müəyyənliklər var.
"Mövcud peyvəndlərin bu variantdan qoruya bilməməsi və onun daha çox ötürülməsi ehtimalını nəzərə alaraq, biz Avropa Birliyi ölkələrində onun yayılması ehtimalını yüksək qiymətləndiririk", - deyə Stokholmda yerləşən agentlik qeyd edib.