27 rus diplomat ABŞ ərazisini tərk edəcək
Vaşinqtonun rus diplomatlara vizanın açılmasındakı sabotajları davam etməkdədir; bu istiqamətdə 27 rus diplomat iki ayadək ABŞ ərazisini tərk etməlidir.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib ki, gələn il yanvarın otuzunda 27 rus diplomat və onların ailələri Amerika ərazisini tərk etməlidirlər. Elə bu sayda rus diplomat da həmin ilin iyun ayının otuzunda oxşar hərəkəti edəcək.
Antonov sonra deyib ki, rus diplomatlara vizanın açılması problemi həll edilməmiş olaraq qalır və Amerika onların həyat yoldaşları və ya uşaqlarına viza təqdim etməməklə qəsdən ailə üzvlərini bir-birilərindən ayırır.
Rusiyanın Vaşinqtondakı səfirinin dediyinə görə, Amerika Rusiyaya qarşı düşmənçilik rəftarını və sanksiya tətbiq etmə siyasətini kənara qoymayıbdır.
«Müzakirədən söz gedəndə də amerikanlar yalnız özlərini maraqlandıran mövzular barədə danışırlar. Ən son ikitərəfli müzakirələrdə onların bəhs etdikləri məsələ, Moskvanın Rusiyanın qərb sərhədlərindəki hücum siyasəti olubdur.»- deyə Antonov vurğulayıb.
Amerika iddia edir ki, Rusiya sərhəd bölgələrində qüvvə toplamaqla Ukraynaya hücuma hazırlaşır. Moskva isə bu iddianı rədd edir.
Vaşinqtonun anti-rus sanksiyalarına, həmçinin rus diplomatların ABŞ-dan çıxarılmalarının yeni mərhələsinə cavab olaraq, Moskva da Rusiya ərazisində yerləşən Amerika diplomatik nümayəndəliklərinin qeyri-amerikalıları işə götürmələrini qadağan edibdir. Beləliklə, gələn ilin avqust ayının birindən etibarən, Amerikanın Moskvadakı səfiriliyi 120 işçi ilə işini davam etdirəcək ki, bu da ötən beş ildə minimum miqdar sayılır.