Almaniya ABŞ Konqresini “Şimal axını 2” layihəsinə qarşı sanksiyadan çəkinməyə çağırıb
Almaniya hökuməti ABŞ-ın nüfuzunun azalmasının qarşısını almaq üçün Konqresin üzvlərini “Şimal axını 2” boru kəmərinə sanksiya tətbiq etməməyə çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən,ABŞ-ın "Axios" portalının əldə etdiyi sənədlərə görə, Almaniya hökuməti bunun ABŞ-ın etibarını zəiflədəcəyini və son nəticədə transatlantik birliyə zərər verəcəyini bildirib.
Bu ayın əvvəlində respublikaçı senatorlar bu mübahisəli boru kəmərinə qarşı sanksiyalar tətbiq edəcək düzəliş irəli sürüblər. Düzəliş, həmçinin boru kəmərinin sınaqdan keçirilməsi və sertifikatlaşdırılması ilə məşğul olan şirkətlərə də sanksiya tətbiq edəcək.
Almaniya hökuməti Konqresə bildirib ki, "Şimal axını 2" boru kəməri hazırda məntiqli qaz tranziti təmin olunduğu müddətcə Ukrayna üçün heç bir təhlükə yaratmır və kəmərlə bağlı potensial sanksiyalar Putinin qələbəsi olacaq, çünki bu, Qərb müttəfiqlərini parçalayacaq.