Vyana müzakirələrinin kənarında üçtərəfli məşvərət
Vyana nüvə anlaşması müzakirələrində iştirak edən Rusiya, Çin və Amerika nümayəndələri dünən axşamçağı və nüvə anlaşması üzrə birgə komissiyanın ilk gününün iclası bitdikdən sonra üçtərəfli bir görüşdə İran-dörd üstəgəl bir qrupunun iclası ətrafında fikir mübadiləsi aparıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov bir tvittdə yazıbdır ki, az öncə Vyana müzakirələrində Çinin baş müzakirəçisi Van Tsuyan və Amerika hökumətinin İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Melli ilə yanaşı, üçtərəfli görüş keçirib.
Ulyanov yazıb ki, Rusiya, Çin və Amerika heyətlərinin üçtərəfli müzakirələrində Vyana nüvə anlaşması müzakirələrinin yeni mərhələsi ətrafında fikir mübadiləsi aparılıb.
Rus diplomat qeyd edib ki, həmin görüşdə üç tərəf, müzakirələri uğurla yekunlaşdırmaq üzrə əzmkarlığa təkid edib.
Dörd üstəgəl bir qrupu və Avropa Birliyinin baş diplomatları ilə İran İslam Respublikasının nümayəndələri arasında sanksiyaların ləğvi üzrə Vyana müzakirələrinin ilk gününün iclası dünən təqribən iki saatdan sonra başa çatıb.
İclasda iranlı heyət İran xalqına qarşı sanksiyaların aradan qaldırılması məsələsi üzərində ciddi təmərküzləşmə məqsədilə hüquqi-iqtisadi bir tərkiblə iştirak edib.