Dek 01, 2021 12:32 Asia/Baku
  • Entoni Blinken
    Entoni Blinken

ABŞ dövlət katibi NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Latviyanın paytaxtı Riqada keçirilən iclası kənarında xəbərdarlıq edibdir ki, Rusiya tərəfindən Ukraynada ixtilafların hər hansı formada şiddətləndirilməsi ciddi nəticələrlə üzləşəcək.

SəhərAzəri-nin məlumatına əsasən,Entoni Blinken çərşənbə axşamı günü qeyd olunan iclasın kənarında NATO-ya üzv ölkələrin xarici işlər nazirləri ilə görüşüb,/ onlarla Rusiyanın Ukraynanın şimal və şərq sərhəd bölgələrindəki hərbi iştirakının artması haqda danışıb.

Blinken müxbirlərlə müsahibədə bildiribdir ki, Rusiyanın Ukraynaya qarşı hər hansı yeni təcavüzü ciddi cavabla üzləşəcək.

NATO-nun baş katibi Yens Stoltenberq də Ukraynadakı döyüşlərin hər cür formada şiddətlənməsi haqda Moskvaya xəbərdarlıq edib.

Stoltenberq deyib ki, əgər Rusiya bir daha müstəqil bir ölkəyə qarşı gücə əl atarsa, bu, ona baha başa gələcək.

Belə bir halda, Rusiyanın Amerikadakı səfiri Anatoli Antonov şənbə günü bildirmişdi ki, Rusiya bir ölkəyə hücum etmək niyyətində deyildir.

Antonov qeyd etmişdi ki, Rusiyanın Ukraynaya qarşı təhdidi iddiası ilə bağlı bütün mübaliğələr Ukrayna prezidenti Vladimir Zelenskinin məğlubiyyətlərini əsaslandırmaq məqsədilə süni formada irəli sürülüb.

Həmçinin Rusiya Federasiyası xarici kəşfiyyat xidmətinin direktoru Sergey Narışkin Amerikanın rus qüvvələrin Ukraynaya hücumu ehtimalı barədəki iddiasını Vaşinqtonun təbliğat kampaniyası adlandırıb. Vurğulayıb ki, Rusiya tərəfindən Ukraynaya qarşı bir hücum gündəmdə durmur.

Ötən bir neçə gün ərzində bəzi amerikan medialar ABŞ və Ukraynanın kəşfiyyat rəsmilərinə istinadla bildiriblər ki, Rusiya cari il qışın ortalarında Ukraynaya hücum etmək niyyətindədir.

Amerika Şərqdə öz supergüc rəqibi hesab etdiyi Rusiyanı daima təzyiq altında qoymaq yollarının ardınca olub. Birləşmiş Ştatlar hazırda/ «rus qüvvələrin Ukrayna sərhədlərində iştirakı bu ölkə üçün bir təhdid hesab olunur» iddiası ilə Moskvaya qarşı təzyiqi artırmaq və bu bölgədə gərginlik yaratmaq üçün yeni bir bəhanə axtarır.

 

Teqlər