Dek 01, 2021 13:35 Asia/Baku
  • İranla razılaşmanı
    İranla razılaşmanı

Avropalı rəsmilər Röyters-lə müsahibədə iddia ediblər ki, İranla razılaşmanın ilkin mətninin 70-80%-i yazılıbdır.

SəhərAzəri-nin məlumatına əsasən,Yüksək vəzifəli avropalı rəsmilər dünən müxbirlərlə müsahibədə iddia ediblər ki, bazar ertəsi günü müzakirələrin başlanmasından sonra onlar İranla ciddi danışıqlara başlamağı gözləyirlər və indiyədək İranla razılaşmanın ilkin mətninin 70-80%-i təkmilləşibdir.

Bu diplomatlar həmçinin deyiblər ki, müzakirələrdə nəticəyə çatmaqda təcillik var, amma onlar bu xüsusda süni möhlətlər təyin etmək istəmirlər.

Ağ Ev-in xeyirxahcasına jestlərinin kənarında sionist rejimlə bir istiqamətdə hərəkət edən düşmən mediaların mənfi atmosfer yaratmalarına rəğmən, sanksiyaların ləğvi üzrə Vyana müzakirələrinin yeni mərhələsinin açılış iclası bütün tərəflərin nüvə anlaşmasının tam şəkildə icrasının bərpası üzrə iradəsi ilə başlandı və qərara alındı ki, sanksiyaların ləğvi ən əsas mövzu kimi ilk prioritetlə izlənilsin.

 

Teqlər