Ulyanov: "İranlıların zəmanət almaq tələbi tamamilə haqlıdır"
https://azeri.sahartv.ir/news/dünya-i383772-ulyanov_İranlıların_zəmanət_almaq_tələbi_tamamilə_haqlıdır
Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Vyana danışıqlarının 7-ci raundunun qısa bir fasilədən sonra yenidən davam etdiriləcəyini bildirərək, əlavə edib: "İranlıların nüvə anlaşmasının yenidən dağılmasının qarşısını alacaq zəmanət almaq tələbi tamamilə haqlı və məntiqlidir".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 04, 2021 15:08 Asia/Baku
  • Ulyanov:

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Vyana danışıqlarının 7-ci raundunun qısa bir fasilədən sonra yenidən davam etdiriləcəyini bildirərək, əlavə edib: "İranlıların nüvə anlaşmasının yenidən dağılmasının qarşısını alacaq zəmanət almaq tələbi tamamilə haqlı və məntiqlidir".

SəhərAzəri-nin məlumatına əsasən, Mixail Ulyanov cümə günü bir tvitdə, Qərbin siyasi dairələrində və mediasında Vyana danışıqları ilə bağlı səsləndirilən məyusedici fikirləri dolayısı ilə tənqid edib.

Rus diplomat bu açıqlamaları paylaşıb: "Ümidsizliyə qapılmaq daha tez görünür. Çoxtərəfli diplomatiyada belə bir qayda var: hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmır. Yəni prinsipcə dəyişiklik etmək olar. Lakin bu [dəyişikliklər] gələcək irəliləyişə kömək etmək üçün edilməlidir".