Valeri Pekress Fransa prezident seçkilərinə namizəd oldu
Fransanın keçmiş büdcə naziri Valeri Pekress sağ təmayüllü respublikaçılar partiyasından bu ölkənin gələn il keçiriləcək prezident seçkilərinə namizəd seçilib.
SəhərAzəri-nin məlumatına əsasən, Pekress respublikaçılar partiyasının ilkin seçkilərinin ikinci mərhələsində səslərin altmış faizindən çoxunu qazanmaq və partiyanın ifratçı cinahının nümayəndəsi Erik Siutini məğlub etməklə Fransanın ənənəvi sağçıları tərəfindən prezident seçkilərinə namizəd kimi irəli sürülən ilk qadına çevrildi.
54 yaşlı siyasətçi vəd edib ki, prezident seçkilərində qələbə qazanacağı halda, nəzərdə tutduğu iqtisadi islahatları ehtimal olunan tətillərə və müxalifətlərə məhəl qoymadan həyata keçirəcək. O, öz prioritetini həftədə 35 saat iş qanununa düzəliş adlandırıb ki, onun sözlərinə görə, idarə işçiləri və fəhlələr daha çox işlə daha çox gəlirə malik olmuş olsunlar.
Miqrantlar qarşısında sərt mövqe sərgiləyən İl-de-Frans bölgəsinin başçısı vurğulayıb ki, Yelisey sarayına yol tapacağı təqdirdə, qanunsuz şəkildə Fransaya daxil olan mühacirləri ölkədən qovacaqdır.