MKİ rəisi İranın nüvə proqramının mülki olduğunu etiraf edib
https://azeri.sahartv.ir/news/dünya-i383846-mkİ_rəisi_İranın_nüvə_proqramının_mülki_olduğunu_etiraf_edib
Amerika Mərkəzi Kəşfiyyat İdarəsi- MKİ-nin rəisi İranın nüvə proqramının mülki proqram olduğunu etiraf edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2021 14:30 Asia/Baku
  • MKİ rəisi İranın nüvə proqramının mülki olduğunu etiraf edib

Amerika Mərkəzi Kəşfiyyat İdarəsi- MKİ-nin rəisi İranın nüvə proqramının mülki proqram olduğunu etiraf edib.

SəhərAzəri-nin məlumatına əsasən,Uilyam Cozef Byorns deyib ki, İranın yüksək vəzifəli rəsmilərinin bu ölkənin nüvə proqramını hərbiləşdirmək qərarına dair heç bir fakt mövcud deyildir.

Bundan öncə İran İslam Respublikası dəfələrlə öz nüvə proqramınının dincməqsədli olduğunu vurğulamışdı.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də yaydığı ardıcıl məlumatlarında İranın öz nüvə proqramlarının dincməqsədli olmasına sədaqətinə təkid etmişdi.

Eyni zamanda, Uilyam Byorns Vyana müzakirələrinin qarşısında duran ən əsas maneə kimi Vaşinqtonun nüvə anlaşmasından çıxması və Amerikanın İrana qarşı sanksiyalarına toxunmadan iddia edibdir ki, Tehran hal-hazırda bu müzakirələrə ciddi yanaşmayıbdır.

İrana qarşı zalımcasına sanksiyaların götürülməsinə dair Vyana müzakirələrinin yeni etapı noyabrın 29-da başlandı.