BMT İranın könüllü addımını alqışlayıb
BMT baş katibi sözçüsünün müavini Tehranın, Kərəc şəhərində yerləşən Tesa kompleksində zərər çəkmiş kameraların yeni kameralarla əvəz olunmasına icazənin verilməsinə dair könüllü addımını alqışlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Fərhan Həqq yerli vaxtla çərşənbə günü jurnalistlər qarşısında Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə anlaşma istiqamətində İranın atdığı könüllü addım barədə belə deyib: Biz İranın agentliklə konstruktiv anlaşma üzrə hər hansı səyini alqışlayırıq və MAQATE-dəki həmkarlarımızla bu cavabı araşdırmaqdayıq.
Fərhan Həqq əlavə edib: BMT-nin baş katibi və onun müavini Amerikadan, nüvə anlaşmasında müəyyən edilmiş sanksiyaların ləğvini və İranın neft ticarəti üzrə istisnaların uzadılmasını, İrandan isə nüvə anlaşmasındakı öhdəliklərinə zidd hərəkətlərdən geri dönməsini istəyiblər.
BMT baş katibi sözçüsünün müavini qeyd edib ki, tərəflər müzakirə aparmaqdadırlar və onların özlərinin sanksiyaların ləğvi tərzi və nüvə anlaşmasındakı öhdəliklərə qayıdış barədə qərara gəlmələrinə icazə verməliyik.
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan bildirib ki, İran dünən gecə agentliklə yaxşı razılaşma əldə edib və bu, İranın sülhməramlı nüvə proqramı barədə bəzi iddia edilən nigarançılıqları aradan qaldıra və agentliklə qarşılıqlı əməkdaşlıqların davam etməsinə gətirib çıxara bilər.
Amerikanın nüvə anlaşmasına qayıdışı üzrə müzakirələr Vyanada nüvə anlaşması üzrə birgə komissiya formasında iki və çoxtərəfli qruplar səviyyəsində davam edir.
İran bildiribdir ki, yalnız Amerikanın bütün qeyri-qanuni sanksiyalarının ləğvi üçün yaxşı razılaşmaya çatmaq məqsədilə Vyana müzakirələrindəki iştirakını davam etdirəcək.
Tərəflər indiyədək müzakirələrin ümumi atmosferini konstruktiv adlandırıblar.