Zelenskidən yeni iddia
Ukrayna prezidenti Rusiyanın bu ölkəyə qarşı ehtimal olunan hücumu haqda yeni bir iddia irəli sürüb.
SəhərAzəri-nin məlumatına əsasən,Vladimir Zelenski iddia edib ki, Rusiyanın Ukraynaya qarşı ehtimal olunan hücumu təqdirində, NATO üzvləri təhlükədə olacaqlar.
Amerika da daxil olmaqla Qərb ölkələri bir neçə həftədir medialarda adsız mənbələrin məlumatları yolu ilə dolayısı ilə fikirlər bildirməklə Rusiyanı Ukraynaya qarşı hücum planı tökməkdə ittiham edirlər.
Şərqdə öz rəqibi olan bir fövqəlgüc kimi Rusiyanı təzyiq altında qoymaq üçün yollar axtaran Amerika hazırda rus qüvvələrin Ukrayna sərhədində iştirakının bu ölkə üçün bir təhdid hesab olunması iddiası ilə bu bölgədə gərginlik yaratmaq və Rusiyaya qarşı təzyiqi artırmaq üçün yeni bir bəhanə axtarır.
Rusiya da dəfələrlə bildiribdir ki, onun Ukrayna ilə sərhəddəki hərbi iştirakı adi hərbi tədbirdir, amma Amerika və müttəfiqləri Rusiya-Ukrayna sərhədindəki şəraiti çox gərgin göstərmək niyyətindədirlər.