Nüvə anlaşması üzvləri sanksiyaların ləğvi haqda ortaq mətnə nail olublar
Avropa İttifaqının xarici fəaliyyət xidmətinin baş katib müavini deyib ki, nüvə anlaşması tərəfləri sanksiyaların ləğvi haqda müzakirə üzrə ortaq mətnə nail olublar.
Enrike Mora həmin mətləbi nüvə anlaşması üzrə birgə komissiyanın dünənki iclasından sonra bildirib. Müştərək mətn İran ilə dörd üstəgəl bir qrupunun müxtəlif fikir və təkliflərinə şamil olur.
Avropa İttifaqının xarici fəaliyyət xidmətinin baş katib müavini qeyd edib ki, bu müştərək mətn sanksiyaların ləğvi üzrə Vyana müzakirələrinin davamına əsas olacaq.
Mora həmçinin ümidvar olduğunu bildiribdir ki, sanksiyaların ləğvi üzrə Vyana müzakirələri qarşıdakı bir neçə həftə ərzində nəticə verəcək.
Nüvə anlaşmasına üzv üç Avropa ölkəsinin diplomatları bundan qabaq sanksiyaların ləğvi üzrə Vyana müzakirələrinin dekabrın 27-də davam etməsi ehtimalından xəbər vermişdilər.