Dek 22, 2021 13:18 Asia/Baku
  •  hərbi iştirakı
    hərbi iştirakı

Yaponiya mediaları Tokio ilə Vaşinqton arasında doqquz tam onda iki milyard dollarlıq beşillik müqavilənin bağlanmasından xəbər veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Bu müqavilə Yaponiyada yerləşən amerikan hərbçilərə ev sahibliyi xərclərinin ödənişini nəzərdə tutur.

Yaponiya mediası- Kiodo yerli hökumət mənbələrinə istinadla bildirib ki, Amerika qüvvələrinə xidmət üzrə yeni beşillik müqavilə Tokionun öncəki müqaviləyə əsasən, Vaşinqtona ödədiyi məbləğdən 659 milyon dollar çoxdur.

Kiodo qeyd edib ki, bu razılaşma ABŞ hökumətinin «Çinlə mübarizə» bəhanəsilə «ev sahibi olan ölkə»nin ödənişlərinin artırılmasına dair tələbinə cavabda əldə olunub.

Kiodo əlavə edib: Bu əlavə büdcə Çinə qarşı Yaponiya-Amerika ikitərəfli təhlükəsizlik həmkarlığını gücləndirəcək.

Tokio və Seul elə bir halda müvafiq olaraq, 54 və 26 min amerikalı hərbi qüvvəyə ev sahibliyi edirlər ki, Yaponiya və Cənubi Koreya xalqları bu iştiraka qarşıdırlar.

 

Teqlər