Rusiya Vyana müzakirələrinə nikbindir
https://azeri.sahartv.ir/news/dünya-i384344-rusiya_vyana_müzakirələrinə_nikbindir
Rusiyanın xarici işlər naziri Moskvanın İrana qarşı sanksiyaların ləğvinə dair Vyana müzakirələrinə nikbin olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2021 15:56 Asia/Baku
  • Sergey Lavrov
    Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Moskvanın İrana qarşı sanksiyaların ləğvinə dair Vyana müzakirələrinə nikbin olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Vurğulayıb ki, müzakirələr prosesində razılaşmanın əldə olunması üçün yaxşı fürsət var.

Sergey Lavrov «Russia Today» kanalı ilə müsahibədə bildirib ki, İran ilə dörd üstəgəl bir qrupu arasındakı Vyana müzakirələri 2021-ci il bitməzdən öncə bərpa ediləcək.

Vyana müzakirələrinin 7-ci raundu İranın yeni dövləti dövründə, cari il noyabrın 29-da başlandı və İran dekabrın birində Amerikanın İran İslam Respublikasına qarşı birtərəfli sanksiyalarının ləğvi və İranın nüvə fəaliyyətləri barədə iki sənədi qarşı tərəflərə təqdim etdi.

Dekabrın on yeddisində müzakirələrin 7-ci raundu bitdi və müzakirə tərəfləri daha artıq məşvərətlər üçün öz paytaxtlarına geri döndülər.