Dek 24, 2021 09:34 Asia/Baku

Rusiya prezidenti bildirib ki, İslam Peyğəmbərini təhqir etmək və nasistlərin şəkillərini saytlarda yerləşdirmək kimi addımlar söz azadlığı deyil.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin dünən keçirilən mətbuat konfransında belə deyib.

Rusiya prezidenti Qərb dövlətlərində söz və bəyan azadlığı ilə bağlı iddilara münasibət bildirib və qarşı tərəfin ikilistandartlı yanaşdığını deyib.

O qeyd edib: “Məhəmməd peyğəmbəri təhqir etmək və nasistlərin şəkillərini saytlarda yerləşdirmək kimi addımlar söz azadlığı deyil.”

Xatırladaq ki, son illərdə Fransa prezidenti Emmanuel Makron əziz İslam Peyğəmbəri və İslam dini ilə bağlı təhrikedici çıxışları ilə gündəmə gəlib.

Teqlər