NASA-nın Parker zondu Günəş atmosferinə daxil olub
Alimlər günış tacına tullanmanın həqiqi videosunu yayımlayıblar. Bu hadisə bəşəriyyətin indiyədək gördüyü ən qəribə astronomik hadisələrdən biridir.
SəhərAzəri-nin məlumatına əsasən, Bu video Parker zondunun günəş ətrafında doqquzuncu uçuşu zamanı lentə alınıb.
Parker zondu Günəşin atmosferinə daxil olub, Günəş tacındakı maqnit sahələrindən və hissəciklərdən nümunə götürüb və real görüntüləri qeydə alıb. Parkerin sürəti 147 kilometr/saniyə-yə çatdırılıb. Parkerin istilik qoruyucusu iki qatlı karbon-karbon kompozitindən hazırlanıb və onun radiator kimi fəaliyyət göstərən daxili soyutma sistemi kosmik gəmini qoruya bilib.
Günəş tacı, günəş ətrafında milyonlarla kilometrədək məsafədə yerləşir və ulduzun əsas səthindən qat-qat istidir. Hazırda Parker kosmik gəmisi tacın bu qədər qızmasının səbəbləri barədə faydalı məlumatlar verə bilər.