Dek 28, 2021 11:48 Asia/Baku
  • NATO Rusiyaya qarşı irimiqyaslı silahlı münaqişəyə hazırlaşır

Rusiya Federasiyasının müdafiə nazirinin müavini deyib ki, NATO-nun hərbi quruculuğu bütövlüklə Rusiya ilə yüksək intensivlikli hərbi konfliktə yönəlib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Federasiyasının müdafiə nazirinin müavini Aleksandr Fomin xarici ölkələrin Moskvada akkreditasiya olunmuş hərbi attaşeləri üçün keçirdiyi brifinqdə bildirib ki, Şimali Atlantika Alyansı Rusiya ilə genişmiqyaslı münaqişəyə hazırlaşır. 

Fomin deyib: "NATO-nun doktrina sənədlərində, o cümlədən 2019-cu ilin hərbi strategiyasında Rusiya koalisyon təhlükəsizliyə birbaşa təhlükə kimi göstərilir”.

Nazir müavini eyni zamanda xatırladıb ki, “Roma bəyannaməsi öz qüvvəsində qalır. Bu bəyannamədə göstərilib ki, Rusiya və Alyans bir-birini düşmən kimi görmür. Bu müddəa 2010-cu ildə Lissabonda keçirilən NATO-Rusiya sammitində də təsdiqlənib”.

Fomin bildirib ki, NATO-nun şərqə ən əhəmiyyətli genişlənməsi 2002-ci ildə baş verib. Alyansın infrastrukturunun Rusiyanın qərb sərhədlərinə yaxınlaşmasının bir neçə dalğası zamanı blok öz döyüş potensialını xeyli artırıb.

Onun sözlərinə görə, 2002-ci ildə Bolqarıstan, Latviya, Litva, Estoniya, Rumıniya, Slovakiya və Sloveniyanın alyansa qoşulması ilə bağlı danışıqlara başlanılıb. Onlar da 2004-cü ilin martında NATO-ya üzv olublar. Bu NATO-nun ən böyük genişlənməsi mərhələsi olub. Bununla belə, blokun şərq cinahında potensialı artıb.

Dövlət rəsmisi sonra qeyd edib ki, blokun sərhədləri min kilometrdən çox şərqə doğru irəliləyib ki, bu da ona Rusiya ərazisindəki hədəfləri məğlub etmək üçün qeyri-strateji silahlardan istifadə etmək imkanı verib. Digər tərəfdən Şərqi Avropa ölkələrinin ərazisində xeyli sayda infrastruktur obyekti NATO-nun sərəncamına keçib ki, bu da qoşunların yerləşdirilməsi və köçürülməsi imkanlarını genişləndirib.

Nazir müavini bəyan edib ki, bu minvalla, “NATO-nun şərqə doğru genişlənmə potensialı artıb və bu prosesə Rusiya Federasiyası "təhrik etməyib".

Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib ki, son bir neçə ildə NATO Rusiyanın maraqlarına məhəl qoymayıb və Moskva əməkdaşlıq qurmağa çalışarkən bərabərhüquqlu dialoqdan imtina edir. Alyans mövcud problemlərin ədalətli müzakirəsindən yayınır. 

Teqlər