Rusiya düşmənin geniş hava hücumunu dəf etmək üçün təlim keçirir
-
Rusiya
Rusiya hərbçiləri “düşmənin irimiqyaslı hava hücumunu dəf etmək” üçün hərbi təlim keçirib.
SəhərAzəri-nin məlumatına əsasən, "İnterfaks" Rusiya ordusuna istinadən bildirib ki, Rusiya qüvvələri düşmənin böyük hava zərbəsini dəf etmək üçün hərbi təlim keçirib. Təlimdə 1000-ə yaxın hərbçi iştirak edib.
Son həftələrdə ABŞ və Qərb ölkələri dəfələrlə Rusiyanı Ukraynaya hücuma hazırlaşmaqda ittiham ediblər, amma Moskva bu iddiaları rədd edib, eyni zamandaUkraynanın NATO-ya üzv olmasının mümkün nəticələri barədə xəbərdarlıq edib.
Kremlin mətbuat katibi Dmitri Peskov bazar günü bildirib ki, hipersəsli raketlərin sınağı, qərblilərə Moskvanın diplomatik mesajlarını daha yaxşı başa düşməyə kömək edəcək".
Kremlin sözçüsü, həmçinin xəbərdarlıq edib ki, Ukrayna, Gürcüstan və Moldovanın NATO-ya qoşulması Rusiya üçün "ölüm-dirim" məsələsi olacaq.