Vyana müzakirələri düzgün istiqamətdədir
Dek 28, 2021 12:12 Asia/Baku
Avropa Birliyinin xarici fəaliyyət xidmətinin baş katib müavini dünən gecə Vyanada nüvə anlaşması üzrə birgə komissiyanın iclasından sonra qeyd edib ki, Vyana müzakirələri yekun razılaşmaya çatmaq üçün düzgün istiqamətdə qərar tapıb.
SəhərAzəri-nin məlumatına əsasən, Müxbirlərlə müsahibədə müzakirələrin səkkinci raundunda müvəffəqiyyətdən müsbət nişanələrin mövcud olduğunu bildirən Enrike Mora vurğulayıb ki, bütün tərəflər qənaətbəxş nəticəyə çatmaq əzmindədirlər.
Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi Mixail Ulyanov da nüvə anlaşması üzrə birgə komissiyanın iclasının sonunda tvitterdə yazıb ki, iclas iştirakçıları peşəkar və nəticə istiqamətli danışıqlar aparıblar.