Dek 28, 2021 20:19 Asia/Baku
  • Fransada islamofobiya
    Fransada islamofobiya

Fransa öz islamofob hərəkətlərinin davamında bu ölkənin şimalında daha bir məscidi bağlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Fransanın şimalında yerləşən O-de-Frans regionunun Uaza departamentinin icra başçısı Bove şəhərinin came məscidinin altı ay müddətinə bağlanması barədə göstəriş verib. Buna səbəb, məscidin peşnamazlarından birinin çıxışı bəhanə gətirilib.

Belə bir halda, məscidin idarə heyətinin sədri «Ümid və Qardaşlıq» cəmiyyətinin vəkili Səmim Bulaki bu qənaətdədir ki, bu cəmiyyət və məscid daima terrorizmlə mübarizə və dinc yanaşı yaşamanı təbliğ ediblər.

Bulaki həmçinin deyibdir ki, Amyen şəhər məhkəməsinə şikayət edəcək.

 

Teqlər